Menu

Sabiq Britaniya səfirinin evlərində Epşteyn işi üzrə axtarış aparılır

07.02.2026, 00:03
Sabiq Britaniya səfirinin evlərində Epşteyn işi üzrə axtarış aparılır

Britaniya polisi Böyük Britaniyanın ABŞ-dəki keçmiş səfiri Piter Mendelsonla əlaqəli iki yaşayış obyektində axtarışlar aparır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, keçmiş diplomatın evlərində aparılan axtarışlar vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının araşdırılması ilə bağlıdır.

KİV-in məlumatına görə, Mendelson 2008-ci il maliyyə böhranı fonunda maliyyəçi Ceffri Epşteynə Britaniya hökumətinin fəaliyyəti ilə bağlı məxfi məlumatlar ötürməkdə şübhəli bilinir.

Məlumata əsasən, axtarışlar iki ünvanda aparılır: onlardan biri Uiltşir qraflığında, digəri isə Londonun Kamden rayonunda yerləşir. Qeyd olunur ki, keçmiş səfir saxlanılmayıb, istintaq davam edir.

Piter Mendelson 2025-ci ilin fevralında Böyük Britaniyanın ABŞ-dəki səfiri təyin olunmuşdu. Ötən ilin sentyabr ayında isə Ceffri Epşteyn işi üzrə aparılan araşdırma fonunda tutduğu vəzifədən azad edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol