Menu

Tramp Obama və xanımı ilə bağlı qalmaqallı paylaşıma münasibət bildirib - VİDEO

07.02.2026, 10:32
Tramp Obama və xanımı ilə bağlı qalmaqallı paylaşıma münasibət bildirib - VİDEO

ABŞ Prezidenti Donald Tramp, Truth Social hesabında yerləşdirilib sonra silinən paylaşımı ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.

"AzPolitika"nın məlumatına görə, Tramp bildirib ki, paylaşımı tam izləməyib, yalnız ilk hissəsinə baxıb. Onun sözlərinə görə, paylaşımın əvvəlki hissəsi Corciya ştatında 2020-ci il prezident seçkilərində iddia edilən saxtakarlıqlar və səsvermə sistemlərindəki problemlər haqqında idi.

“Paylaşımın əvvəlindəki məlumatları gördüm və onu aidiyyəti şəxslərə göndərdim. Adətən onlar bütün məzmunu diqqətlə yoxlayırlar, amma bu dəfə görünür, kimsə tam yoxlamayıb və paylaşım yayımlanıb”, – deyə Tramp qeyd edib.

Prezident əlavə edib ki, sonradan paylaşımda xoşagəlməz bir şəkil və ya məzmun hissəsi olduğu məlum olub: “Mən də o şəkli bəyənməzdim, sadəcə əvvəlki hissəni görmüşdüm. Görünən kimi silindi”.

Hadisə, son günlər Corciya ştatında 2020-ci il seçki materialları ilə bağlı aparılan araşdırmalar və Trump-ın bu mövzuda bir neçə dəfə paylaşım etməsi fonunda diqqət çəkib.

Paylaşımın silinməsi və Prezidentin bu izahatı sosial mediada geniş müzakirələrə səbəb olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol