Menu

Rusiya Trampın təklifini rədd edib – Zaporojye AES-i bölüşdürə bilmirlər

07.02.2026, 11:32
Rusiya Trampın təklifini rədd edib – Zaporojye AES-i bölüşdürə bilmirlər

Rusiya potensial sülh müqaviləsinin bir hissəsi olaraq Zaporojye Atom Elektrik Stansiyasına təkbaşına nəzarətdən vaz keçməklə bağlı ABŞ-nin təklifini rədd edib.

“AzPolitika” xəbər verir ki, bu barədə “Reuters”-in yaydığı məlumata görə, Trampın planı, stansiyanın Ukrayna ilə Rusiya arasında elektrik enerjisinin bölüşdürülməsini əhatə etməklə ABŞ-nin idarəçiliyinə verilməsini nəzərdə tuturdu. Lakin Rusiya bu təklifi rədd edib.

Eyni zamanda, Rusiya Zaporojye Atom Elektrik Stansiyasının təkbaşına idarə olunmasında israr edir. Kreml iddia edir ki, bu, Ukraynaya aşağı qiymətlərlə elektrik enerjisi satmağa imkan verəcək. “Reuters” bununla bağlı yazır: "Moskva stansiyaya nəzarət etdiyini və Ukraynaya aşağı qiymətlərlə elektrik enerjisi satmağa hazır olduğunu israr edir. Rəsmi Kiyev isə bununla razılaşmaqdan imtina edir".

Agentliyin mənbələri qeyd edir ki, Zaporojye Atom Elektrik Stansiyasına nəzarət danışıqlarda ən mübahisəli məsələlərdən biridir. Hər iki tərəf prinsipial mövqe nümayiş etdirir: Rusiya güzəştə getmək istəmir, Ukrayna isə hər hansı bir birgə idarəetmə formasından imtina edir.

Xatırladaq ki, ötən ilin sonunda Rusiya Xarici İşlər Nazirliyi Rusiyanın Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasını və ya onun üzərində nəzarəti Ukraynaya və ya hər hansı başqa bir ölkəyə verməsini "mümkün hesab etmədiyini" bəyan etmişdi.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol