Menu

Allahşükür Paşazada Vatikana gedir

07.02.2026, 11:39
Allahşükür Paşazada Vatikana gedir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 8-də Vatikana səfərə yola düşür.

QMİ-nin Mətbuat xidmətindən verilən məlumata görə, səfər Müqəddəs Taxt-Tacın və Katolik Kilsəsinin başçısı Zati-müqəddəsləri Roma Papası XIV Leonun şəxsi dəvəti ilə baş tutur.

Bildirilib ki, Şeyxülislam A.Paşazadə fevralın 9-da Pontifikin audiensiyasında olacaq.

Qeyd edilib ki, səfər müddətində Azərbaycandakı dini konfessiya rəhbərlərinin Vatikanın dövlət katibi Kardinal Pyetro Parolin və digər Vatikan rəsmiləri ilə ikitərəfli görüşləri nəzərdə tutulur.

Şərhlər

Məmmədəli 2026-02-08 16:42:16

Xaçpərəst olmaq üçün? Kim açıqlayar?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol