Bakıda müəlliməsini güllələməkdə təqsirli bilinən şagird 4 ay müddətə həbs olunub.
Bu barədə Binəqədi Rayon Məhkəməsində qərar verilib.
Ona Cinayət Məcəlləsinin 29, 120.1 (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.
Xatırladaq ki, hadisə ötən gün paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "İdrak" liseyində baş verib. Belə ki, liseyin 10-cu sinif şagirdi atasına məxsus ov silahı ilə müəlliməsinə xəsarət yetirib. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb, cinayət işi açılıb.


Şərhlər
Allah haminin ,köməyi olsun
Cinayəti törədənin adı niyə açıqlanmır?
Maraqlıdır ki, buna bənzər hadisələrdə yaşlarından asılı olmayaraq zərərçəkən və şübhəlilərin adları elan olunduğu halda bu hadisədnqlı ə hadisəninısa yüksək törədənin adı sirr olaraq saxlanılır. Niyə? Ağla gələn ilk cavab onun hansısa iri ranqlı birinin övladı olması ehtimalıdır. Yəni sonadək bunu gizlətməkmi olacaq?