Menu

Ceyhun Bayramov sabiq səfirə yüksək vəzifə verdi - FOTO

07.02.2026, 21:35
Ceyhun Bayramov sabiq səfirə yüksək vəzifə verdi  - FOTO

Azərbaycan Xarici İşlər Nazirliyində yüksək vəzifəyə yeni təyinat olub.

"Yeni Sabah"ın verdiyi xəbərə görə, bu barədə xarici işlər naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Məmməd Talıbov XİN-in Avropa İdarəsinin rəisi təyin edilib.

O, artıq vəzifəsinin icrasına başlayıb.

İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi daşıyan Məmməd Afiq oğlu Talıbov 2019-cu ildə Azərbaycanın Meksikadakı fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdu.

O, 2025-ci il oktyabrın 27-də geri çağırılıb.

Şərhlər

Kamil 2026-02-08 16:21:49

Bunun gözlərindən biclik yağır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol