Menu

Səməd Seyidovun köməkçisi də işdən çıxarıldı

09.02.2026, 00:20
Səməd Seyidovun köməkçisi də işdən çıxarıldı

Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisinin işdən çıxarıldığı bildirilir.

"AzPolitika" xəbər verir ki, bu barədə “Demokrat.az” məlumat yayıb.

Buna səbəb bir neçə gün əvvəl Qazax rayonunda sərxoş məmurların törətdiyi qəzadır. Qəza ilə bağlı ilk növbədə Qazax İH başçısının köməkçisi Süleyman Axundov işdən azad edilərək digər şəxslər məsuliyyətdən yayındırılmışdı. Lakin hadisə şahidləri və media mənbələri qəzada digər şəxslərin də iştirakını israrla iddia edirdi.Belə ki, hadisədəki avtomobilin İcra Hakimiyyətinin sabiq əməkdaşı, hazırda Qazax RMX-da işləyən Hacıalı Ramiz oğlu Məmmədova məxsus olduğu, qəza vaxtı isə maşını Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirovun idarə etdiyi bildirilirdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol