Şəmkirdə 15 yaşlı yeniyetmə bıçaqlanıb.
Hadisə rayon Kür qəsəbəsində qeydə alınıb.
Belə ki, Kür qəsəbə sakinləri, 2009-cu il təvəllüdlü (17 yaş) H. Abuzərli şəxsi münasibətlər zəminində, 2011-ci il təvəllüdlü (15 yaş) S. Məmmədlini bıçaqlayıb.
Xəsarət alan yeniyetmə xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Hər iki şəxs məktəblidir. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.


Şərhlər
Ay təhsil Nazri ! məktəblər niyə kriminal olub?Nə ilə məşğulsunuz? Elmin başına dəysin.məktəblərdə asayiş.təhsildə səviyyə yarat! Bacarmırsan get!