Rusiya qüvvələri gecə saatlarında Odessaya çoxsaylı zərbə tipli dronlarla (Şahid tipli) hücum təşkil edib. Nəticədə şəhərdə ciddi dağıntılar və insan itkisi qeydə alınıb.
"AzPolitika" xəbər verir ki, hücum nəticəsində 35 yaşlı kişi həlak olub, 19 yaşlı qız da daxil olmaqla iki nəfər yaralanıb. Zərbələr nəticəsində çoxmərtəbəli yaşayış binasının damında yanğın baş verib, qaz xətti zədələnib, bir neçə avtomobil və qeyri-yaşayış obyekti yanıb.
Fövqəladə hallar və kommunal xidmətlər hadisə yerində işləyir, yanğınlar söndürülür və dağıntıların aradan qaldırılması davam etdirilir.
Bu hücum Ukraynanın cənub bölgələrinə qarşı son dövrlərdə intensivləşən dron və raket zərbələrinin davamı kimi qiymətləndirilir.


Şərhlər