Menu

Xaricdə və Azərbaycanda həkimlər nə qədər qazanır? - SİYAHI

09.02.2026, 11:18
Xaricdə və Azərbaycanda həkimlər nə qədər qazanır? - SİYAHI

"Med Salary" mərkəzi həkimlərin ötən ilki orta illik maaşını açıqlayıb.

Məlumatlara görə, 2025-ci ildə həkimlərin orta illik maaşına görə ABŞ yenə də birinci yerdə qərarlaşıb. Bu ölkədə həkimlər il ərzində orta hesabla 310 min dollar qazanırlar. Sonrakı yerlərdə İsveçrə (260 min dollar), Birləşmiş Ərəb Əmirlikləri (240 min dollar) və Avstraliya (215 min dollar) gəlir.

Avropa ölkələrində həkim maaşları ABŞ və Körfəz ölkələri ilə müqayisədə nisbətən aşağıdır. Bununla belə, Almaniya, Hollandiya və Böyük Britaniya Avropada həkimlərin daha yüksək gəlir əldə etdiyi ölkələr sayılır. Məsələn, Fransada və Böyük Britaniyada həkimlərin orta illik qazancı təxminən 145–155 min dollar arasında dəyişir. Yaponiya və Kanada kimi inkişaf etmiş ölkələrdə isə bu göstərici 170–210 min dollar civarındadır.

Ölkələr üzrə orta illik həkim maaşları belə sıralanır:

ABŞ – 310 min dollar

İsveçrə – 260 min dollar

BƏƏ – 240 min dollar

Avstraliya – 215 min dollar

Kanada – 210 min dollar

Yaponiya – 170 min dollar

Almaniya – 165 min dollar

Hollandiya – 155 min dollar

Böyük Britaniya – 150 min dollar

Fransa – 145 min dollar

Azərbaycana gəldikdə isə Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar–sentyabr aylarında səhiyyə sahəsində çalışanların orta aylıq əməkhaqqı 926,4 manat olub. Bu da illik hesabla təxminən 6 540 dollara bərabərdir və göstərilən ölkələrlə müqayisədə xeyli aşağıdır.

"AzPolitika.info"

Şərhlər

Cavid İbrahimzadə 2026-02-09 13:45:38

Bizim bəzi həkimlərimiz Hippokrat-zad hərləmir,öz qaydaları ilə işləyir.Qazancları da heç də o biri ölkə həkimlərindən az deyil.

Raqif 2026-02-09 12:24:09

Hökümətimizin dediyi kimi xaricilər bizi qısqanırlar, bizdə "analoqu olmayan inkişafdır".

Oxucu 2026-02-09 11:34:07

Amerika'nın rasxodunuda yazında.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol