Menu

“Mpay” 60 min manat cərimələnib

09.02.2026, 13:23
“Mpay” 60 min manat cərimələnib

“Mpay” MMC-nin və onun vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunub.

"AzPolitika" xəbər verir ki, Mərkəzi Bankı tərəfindən 2025-ci il 3 fevral - 30 aprel tarixləri arasında “Mpay” MMC-də aparılan yerində yoxlama zamanı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə qanunvericiliyinin bir sıra tələblərinin pozulduğu müəyyən edilib.

Aşkar edilmiş pozuntularla əlaqədar olaraq, “Mpay” MMC İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.1.6-cı maddələrinin tələblərinə uyğun şəkildə hüquqi şəxs qismində 50 000 manat, təşkilatın vəzifəli şəxsi isə 10 000 manat məbləğində cərimələnib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol