Menu

Yeni başçı kollektivə təqdim olundu

10.02.2026, 10:18
Yeni başçı kollektivə təqdim olundu

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Tahir Budaqov kollektivə təqdim olunub.

Təqdimatı Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev edib.

Rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə baş tutan təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

T.Budaqov ona göstərilən etimada görə minnətdarlıq edib.

Qeyd edək ki, Tahir Budaqov 2026-cı il fevralın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə Nəsimi rayonuna icra başçısı təyin olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol