Menu

Gömrük Komitəsində yeni təyinatlar

10.02.2026, 11:53
Gömrük Komitəsində yeni təyinatlar

Dövlət Gömrük Komitəsində yeni təyinatlar olub.

"AzPolitika" “Qafqazinfo”-ya istinadla xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-polkovniki Şahin Bağırov müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, gömrük xidməti mayoru Elçin Zülfəli oğlu Qasımzadə Audit İdarəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Rövşən Siyafiq oğlu Namazov Gömrük Siyasəti Baş İdarəsinin rəisi, gömrük xidməti mayoru Şamil Rizvan oğlu Həsənli isə Daxili Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə təyin edilib

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol