Menu

Rusiya ordusu Odessada enerji obyektini vurub - Zaporojyedə də yaralılar var

10.02.2026, 13:13
Rusiya ordusu Odessada enerji obyektini vurub - Zaporojyedə də yaralılar var

Rusiya Silahlı Qüvvələri fevralın 10-na keçən gecə Ukraynanın Odessa vilayətinin cənubunda yerləşən enerji infrastrukturuna zərbə endirib.

“AzPolitika” yerli mətbuata istinadla xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Oleq Kiper məlumat verib.

Onun sözlərinə görə, hücum nəticəsində üç icmada yerləşən bir sıra yaşayış məntəqələrində elektrik enerjisinin verilişi qismən dayandırılıb. Kritik infrastruktur obyektləri ehtiyat rejimə keçirilib və generatorlar vasitəsilə təmin olunur. Eyni zamanda inzibati binalardan birinə ziyan dəyib. İlkin məlumata əsasən, hücum nəticəsində ölən və yaralanan yoxdur.

Bu arada, Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri İvan Fyodorov da Rusiya ordusunun pilotsuz uçuş aparatları ilə Volnyansk şəhərinə zərbə endirdiyini açıqlayıb. Hücum nəticəsində dörd nəfər yaralanıb, onların arasında iki yaşı tamam olmayan uşaq da var.

Məlumata görə, Volnyanskda bir sıra fərdi yaşayış evlərinə və təsərrüfat tikililərinə ziyan dəyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol