Ermənistan Parlamentinin sədri Alen Simonyan Rusiyanın TRIPP layihəsində (Zəngəzur dəhlizində) iştirakını mümkünsüz sayır.
“AzPolitika” xəbər verir ki, erməni jurnalistlərin bununla bağlı sualına Simonyan belə cavab verib: "Bunu necə təsəvvür edirsiniz? Bu, Ermənistan-Amerika kompaniyasıdır".
O, Rusiya tərəfinin layihənin digər sahələri də əhatə etmək üçün genişləndirilməsini təklif edə biləcəyinə işarə edib. "Biz uzun müddətdir TRIPP kimi bir mexanizmi müzakirə edirik. Bunun ABŞ ilə sülh prosesinin bir hissəsi olaraq Prezident Tramp sayəsində əldə edilməsi başqa məsələdir", - Simonyan bildirib.
Simonyan Rusiyanın TRIPP-ə diqqət yetirməməli olduğunu bəyan edib: "Bir çox başqa variantlar var. Etmək istəyirdilərsə, 100 il burada edəydilər”.
“AzPolitika.info”


Şərhlər