Çeçenistan rəhbəri Ramzan Kadırov oğlu Axmat Kadırova yeni vəzifə verib.
Məlumata görə, Axmat Kadırov bu barədə özünün "Telegram" kanalında paylaşım edib.
Bildirilir ki, Axmat Kadırov Çeçenistanda təhsil sahəsi üzrə kurator təyin olunub. O, bu vəzifədə baş nazirin müavini postunu icra etməklə yanaşı, respublikanın təhsil sektoruna ümumi nəzarəti də həyata keçirəcək.
Yeni təyinatla bağlı açıqlama verən Axmat Kadırov təhsilin cəmiyyət və dövlət üçün strateji əhəmiyyət daşıdığını vurğulayaraq, bu sahənin ölkənin inkişafında əsas rol oynadığını bildirib.
"AzPolitika.info"


Şərhlər