Bakıda kosmetoloji xidmət göstərən qadın külli miqdarda dələduzluqda ittiham olunur.
Nigar Həsənova polis tərəfindən aparılan araşdırmalarla dələduzluq faktı üzrə başlanılmış cinayət işi çərçivəsində saxlanılıb.
Polis tərəfindən aparılan araşdırmalarla dələduzluq faktı üzrə başlanılmış cinayət işi çərçivəsində 18 nəfər zərərçəkən müəyyən edilib.
Onun 18 nəfərin ümumilikdə 811 337 manat pul vəsaitini ələ keçirməsi müəyyən edilib.
Dünən Nigar Həsənova barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 3 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Nigar Həsənovanın mərhum Xalq artisiti İlhamə Quliyevanın bacısı İradə Həsənovanın qızı olduğu bildirilir.



Şərhlər