Menu

Naxçıvanda fevral ayının pensiya ödənişləri yekunlaşıb

11.02.2026, 11:27
Naxçıvanda fevral ayının pensiya ödənişləri yekunlaşıb

Naxçıvan Muxtar Respublikası (MR) üzrə fevral ayının pensiya ödənişləri başa çatdırılıb.

Muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən fevral ayının pensiya ödənişi yekunlaşdırılıb.

Prezident İlham Əliyevin 2026-cı il 9 fevral tarixli "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncamına uyğun olaraq, 2026-cı il yanvarın 1-dək təyin edilmiş bütün növ pensiyalar ilin əvvəlindən 9,3 faiz indeksləşdirilərək artırılıb.

Fevral ayının pensiyaları da qeyd edilən artımlarla birgə ödənilib. Həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol