Menu

Fransa yığmasının sabiq futbolçusu Qəbələdə - FOTO

11.02.2026, 16:44
Fransa yığmasının sabiq futbolçusu Qəbələdə  - FOTO

"Qəbələ" Fransa millisinin sabiq oyunçusunu transfer edib.

"AzPolitika" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, 26 yaşlı dayaq yarımmüdafiəçisi Sambu Sissokonu Fransanın "Valansyen" klubundan mövsümün sonunadək icarə əsasında transfer edib.

Ən son "Valansyen"də çıxış edən fransalı futbolçu bundan əvvəl öz ölkəsində "Reyms", Ukraynada "Vorskla", Belçikada isə "Seren" kimi komandaların formasını geyinib.

Sissoko Fransanın U-19 və U-21 yığmalarının tərkibində yer alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol