Şəmkirdə yeniyetmələrin arasında baş verən mübahisə zamanı 3 nəfər xəsarət alıb.
APA-nın yerli bürosunun məlumatına görə, xəsarət alanların 2011-cu il təvəllüdlü O.Abuzərli, onun qardaşı 2009-cu il təvəllüdlü H.Abuzərli və 2011-ci il təvəllüdlü S.Məmmədli olduğu bildirilir.
TƏBİB-dən verilən məlumata görə, Şəmkir Rayon Mərkəzi Xəstəxanasına fevralın 8-də saat 22:10 radələrində 3 nəfər (kişi) şəxslər xəsarət alması səbəbilə Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilib.
Xəsarət alanların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.


Şərhlər