"Facebook" , "Instagram", "Youtube" "WhatsApp" və "Telegram" şəbəkələrinin ardından "Google" da Rusiyada bloklana bilər.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Andrey Svintsov bildirib.
Onun sözlərinə görə, bu, texniki cəhətdən mümkündür, lakin Roskomnadzor “Google”dan borcu yığmaq üçün onun ölkəyə qayıtmasını gözləyə bilər.
“Google”un Rusiyanın televiziya kanallarına borcunun 91,5 kvintilyon rubl təşkil etdiyi açıqlanıb.


Şərhlər
RF sadəcə ən böyük Ölkə deyil, dənizlər-okeanlara çıxışla, meşə və digər təbii və mədən sərvətləri ilə zəngin, siyasi-hüquqi ən yığcam-mobil və real-aktiv hərbi güclü dövlətdir! Hərbi Aktivlikdə yalnız İsraildən geri qala bilər?