Naxçıvan Muxtar Respublikasında (MR) səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib.
Bununla bağlı Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq fərman imzalayıb.
Bununla da səhiyyə nazirinin Ali Məclis sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini olacaq.
Qeyd edək ki, B.Məmmədovun 1 dekabr 2025-ci il sərəncamı ilə Rəşadət Nabatov Naxçıvan MR-in səhiyyə nazirinin müavini təyin edilib. Səhiyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası ona həvalə edilib.


Şərhlər
Ümumiyyətlə Naxçıvanda bütün nazirliklər ləğv edilməlidir.Naxçıvan Azərbaycan detil? Bu təkrar məsrəflr ölkəyə.xalqa zərər deyil ? Hansı ehtiyac var ki.Naxçıvanda nazirliklətr olsun?