Menu

Lökbatanda yaşayış binası yanıb - Sakinlər təxliyə olunub

12.02.2026, 21:02
Lökbatanda yaşayış binası yanıb - Sakinlər təxliyə olunub

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində pilləkən qəfəsində quraşdırılmış elektrik sayğaclarında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 10 ədəd elektrik sayğacı və qoruyucu açar yanıb.

Yanğınsöndürənlər tərəfindən tüstünün təsirinə məruz qalmış mənzillərdə köməksiz vəziyyətdə qalan 2-si azyaşlı olmaqla 3 nəfər xilas olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

Mənzillər və yaşayış binası yanğından mühafizə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol