Menu

ABŞ-nin Avropaya göndərdiyi F-35-lərinin sayı tezliklə 600-ə çatacaq - Uiteker

14.02.2026, 08:16
ABŞ-nin Avropaya göndərdiyi F-35-lərinin sayı tezliklə 600-ə çatacaq - Uiteker

ABŞ-nin Avropa müttəfiqlərinə tədarük etdiyi F-35 qırıcılarının ümumi sayı tezliklə 600-ə çatacaq.

"Report"un məlumatına görə, bunu ABŞ-nun NATO-dakı daimi nümayəndəsi Metyu Uiteker Münhen Təhlükəsizlik Konfransında bildirib.

"Düşünürəm ki, yaxın gələcəkdə Avropada müttəfiqlərimizə məxsus F-35-lərin sayı 600 olacaq. Buna görə də, bilirsiniz, hesab etmirəm ki, hazırda Prezident (ABŞ, Donald) Trampın F-35-ləri təhvil verməkdən imtina etməsi riski var; onları almamaqla hədələyən müttəfiqlərimizdir", - o deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol