Menu

"Ukrayna danışıqlarındakı ən çətin məsələlər hələ həll olunmayıb" - ABŞ Dövlət katibi

14.02.2026, 14:24
"Ukrayna danışıqlarındakı ən çətin məsələlər hələ həll olunmayıb" - ABŞ Dövlət katibi

Ukrayna danışıqlarındakı ən çətin məsələlər hələ həll olunmayıb.

APA xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio Münxen Təhlükəsizlik Konfransında deyib.

Onun sözlərinə görə, Ukrayna danışıqlarının tərəfləri mübahisəli məsələlərin siyahısını daralda biliblər, lakin ən çətin məsələlər hələ də həll olunmayıb.

"Yaxşı xəbər odur ki, müharibənin sonuna gətirib çıxaracaq məsələlərin siyahısını daraltmışıq. Pis xəbər isə odur ki, hələ də həll edilməli çətin məsələlər var", - o qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol