Menu

Həcc ziyarəti üçün sənəd qəbulunun müddəti uzadılıb

15.02.2026, 13:08
Həcc ziyarəti üçün sənəd qəbulunun müddəti uzadılıb

Builki Həcc ziyarəti üçün sənəd qəbulunun müddəti mart ayının 7-dək uzadılıb.

Bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

O bildirib ki, sözügedən qərar Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyindən gələn təlimatlara əsasən, habelə xaricdə və bölgələrdə yaşayan Azərbaycan vətəndaşlarının çoxsaylı müraciətləri nəzərə alınaraq qəbul edilib.

"Vətəndaşlarımızdan xahiş edirik ki, gec qalmasınlar, göstərilən tarixdən sonra bir daha müddət uzadılmayacaq", - V. Cahangiri bildirib.

Şərhlər

Oxucu. 2026-02-15 23:47:11

Görəsən buna dövlət veto qoymalıdır yoxsa insanlar öz ruhuna və qəlbinə veto qoymalıdır,axı bizim müqqəddəs herlərimiz iranlıların,ərəblərin müqqəddəs yerlərindən artıqdırki,əskik deyil,demirəm ibadət etmə et bu savabdır,amma bu qədər vəsaiti ölkədən çıxarıb digər ölkəyə sərf etmək günahdır,elə bu vəsaiti bu gün bizlər üçün müqqəddəs sayılan Qarabağa sərf etsək daha məntiqli olacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol