Menu

5 milyard dollardan çox vəsait ayıracaqlar - Tramp açıqlayıb

15.02.2026, 21:23
5 milyard dollardan çox vəsait ayıracaqlar -  Tramp açıqlayıb

Sülh Şurasına üzv ölkələr fevralın 19-da keçiriləcək ilk iclasında Qəzza sektorunun bərpası üçün 5 milyard dollardan çox vəsait ayıracaqlarını açıqlayacaqlar.

Bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social”da açıqlayıb.

"19 fevral 2026-cı il tarixində mən yenidən Vaşinqtonda Donald J. Trump Sülh İnstitutunda Sülh Şurasının üzvləri ilə bir araya gələcəm. Orada elan edəcəyik ki, üzv dövlətlər Qəzzada humanitar yardım və yenidənqurma səyləri üçün 5 milyard ABŞ dollarından çox vəsait ayırmağı öhdələrinə götürüblər", - deyə Tramp qeyd edib.

Şərhlər

Rafiq 2026-02-16 00:33:56

Yəqin ki, bu 5 milyarddan 1 milyardını Azərbaycan boynuna götürüb. Çünki bizi ac yaşadıb, başqalarına əl tutan hökümətimiz var.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol