Menu

Qazaxıstanda partlayış olub - Yaralananlar var

16.02.2026, 10:05
Qazaxıstanda partlayış olub - Yaralananlar var

Qazaxıstanın Jetısu vilayətinin Qarabulaq kəndindəki ərzaq mağazasında partlayış olub.

"Report" Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə regionun Fövqəladə Hallar Departamenti məlumat yayıb.

"Mağazada partlayış olub, lakin yanğın baş verməyib. Nəticədə divarın və damın bir hissəsi uçub", - xilasetmə xidmətləri bildirib.

Hadisə nəticəsində yaralanan üç nəfər xəstəxanaya çatdırılıblar.

Partlayış yerinə Fövqəladə Hallar Departamentinin 27 əməkdaşı və altı texnikası cəlb edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol