Bakıda 2 yaşlı uşaq qızılcadan ölüb.
Hadisə fevralın 14-də Sabunçu rayonu Ramana qəsəbəsinin ərazisində yerləşən “Nur” uşaq evində qeydə alınıb. 2024-cü il təvəllüdlü Ömür Zeyniyev qızılca xəstəliyindən ölüb. Araşdırmalar aparılır.
TƏBİB-dən bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2024-cü il təvəllüdlü azyaşlının həkiməqədər ölüm faktı qeydə alınıb.


Şərhlər