Menu

Azərbaycan Ermənistana ixracından bu qədər qazanıb - Rəqəm açıqlandı

16.02.2026, 15:28
Azərbaycan Ermənistana ixracından bu qədər qazanıb - Rəqəm açıqlandı

Bu ilin yanvar ayında Azərbaycan Ermənistana 2 milyon 403,6 min ABŞ dolları dəyərində məhsul ixrac edib.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu, Azərbaycanın ümumi ixracının 0,11%-ni təşkil edir.

Ötən ay Ermənistandan Azərbaycana ixrac həyata keçirilməyib.

Ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana 1 220 ton Aİ-95 markalı avtomobil yanacağı göndərilib. Daha sonra bu il yanvarın 9-da Ermənistan Azərbaycandan 1 742 ton Aİ-95 markalı benzin və 956 ton dizel, yanvarın 11-də isə 979 ton Aİ-92 markalı avtomobil yanacağı idxal edib.

"AzPolitika.info"

Şərhlər

Elşən 2026-02-16 19:35:00

Nə oldu Azərbaycan xarici ölkədən 95 benzin alıb Ermənistana satır ? Xalqı lap avvam yerinə qoymusuz bəsdirin vicdanınız olsun .
Azərbaycan özü 95 benzin və Avro dizel istehsalı edir amma öz xalqına irandan , Rusiyadan ucuz yanacaq alıb xalqına satır belə xalqını sevən vətən pərvər olmur dünya görür bilir siz xalqa necə qiymət verirsiz dünya səviyyəli adamlar da sizə o qiyməti verir üzünüzə deməsə də arxanızca danışırlar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol