Menu

ABŞ dövlət katibi İranla razılaşmanın bağlanması yolundakı çətinliklərdən danışıb

16.02.2026, 19:31
ABŞ dövlət katibi İranla razılaşmanın bağlanması yolundakı çətinliklərdən danışıb

ABŞ İranla diplomatik yolla razılığa gəlmək istəyir.

APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Budapeştdə Macarıstanın Baş naziri Viktor Orbanla birgə mətbuat konfransında bildirib.

"Düşünürəm ki, bizi narahat edən məsələləri diplomatik yolla nəzərə alan İranla razılığa gəlmək imkanı var”, - o vurğulayıb.

Rubio Tehranla razılığa gəlməyin asan olmayacağını qeyd edib:

"İranla razılığa gəlmək çətindir. Biz həmişə bunun çətin olduğunu demişik, amma çalışacağıq. Vaşinqton buna nail olmaq üçün bütün səylərini göstərəcək. Danışıqlar aparanlarımız hazırda ora gedirlər. Görüşlər keçirəcəklər. Görəcəyik nə olacaq. Ümid edirik ki, razılaşma əldə olunacaq".

Xatırladaq ki, fevralın 6-da Omanda İran-ABŞ danışıqlarının ilk raundu keçirlib.

Danışıqların növbəti raundu sabah Cenevrədə keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol