Menu

Ötən ay vəzifəyə təyin olunmuşdu, indi azad edildi

16.02.2026, 22:27
Ötən ay vəzifəyə təyin olunmuşdu, indi azad edildi

Siyəzən Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Novruz Novruzov köməkçisini vəzifədən azad edib.

“AzPolitika” iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Balabəy Balabəyov icra başçısının köməkçisi vəzifəsindən azad olunub.

Məlumata görə, o, dövlət qulluğunda olmanın yaş həddinə çatması ilə əlaqədar olaraq təqaüdə yola salınıb. Bugünlərdə onun 65 yaşı tamam olub.

Xatırladaq ki, B.Balabəyov uzun müddət RİH-də çalışıb. O, əvvəllər RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini (dini qurumlarla işin təşkilatçısı) işləyib. Ötən ay struktur dəyişikliyindən sonra onun vəzifəsi ixtisara düşdüyündən başçının köməkçisi təyin edilib.

Şərhlər

Mirzə 2026-02-17 09:21:59

Başçının sağlamlıq vəziyyəti də yaxşı deyil.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol