Menu

Paşinyan Akopyanla rəsmi nikaha girdi

17.02.2026, 10:52
Paşinyan Akopyanla rəsmi nikaha girdi

Ermənistanın Baş naziri Nikol Paşinyanın uzun illərdir həyat yoldaşı kimi tanınan Anna Akopyan  sosial şəbəkədə paylaşım edərək, cütlüyün vətəndaş nikahının sona çatdığını elan edib.

"AzPolitika" xəbər verir ki, Akopyan öz açıqlamasında bildirib ki, Paşinyanla aralarındakı vətəndaş nikahı artıq bitib və mövzunun müzakirəsi zamanı hamıdan sakit və hörmətli davranmağı xahiş edib.

Qeyd edək ki, cütlük illərdir birlikdə yaşayır, onların dörd övladı var, lakin münasibətləri indiyə qədər rəsmi qaydada qeydiyyata alınmamışdı. Yəni  dövlət qeydiyyatı ilə evlənməmişdilər  Paşinyan özü də ötən il bu barədə açıq danışmışdı ki, siyasi fəaliyyəti dövründə ailəsini qorumaq üçün rəsmi nikaha girməkdən imtina ediblər. 

Ermənistanın "Hraparak" nəşrinin yazdığına görə, Paşinyanla Akopyan artıq rəsmi nikaha girib.  

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol