Menu

NATO hərbi pilotları Ukrayna səmasında – Yeni F-16 eskadriliyası yaradılıb

17.02.2026, 11:05
NATO hərbi pilotları Ukrayna səmasında – Yeni F-16 eskadriliyası yaradılıb

Ukraynaya qarşı işğalçılıq müharibəsinə NATO-nun Rusiya sərhədlərinə yaxınlaşması bəhanəsilə başlayan Kreml tamamilə əks effektlə üz-üzə qalmaqdadır.

“AzPolitika” xəbər verir ki, Fransa kəşfiyyat nəşri olan "Intelligence Online" Ukrayna səmasında ABŞ və Hollandiya hərbi pilotlarının fəaliyyətə başladığını yazıb.

Nəşr qeyd edir ki, Ukraynada ukraynalılarla bərabər, amerikalı və hollandiyalı pilotlardan ibarət yeni F-16 eskadrilyası yaradılıb. Onlar Ukrayna səmasının Rusiya raket və dronlarından qorunmasına kömək edirlər. Məlumata görə, bu eskadrilya son həftələrdə yeni F-16-ları idarə etmək üçün ciddi məxfilik şəraitində yaradılıb. Bu pilotlar mütəmadi olaraq Rusiyanın hava hücumlarına məruz qalan Kiyev vilayətinin qorunmasında əsas rol oynayırlar.

Məlumatda deyilir ki, yeni eskadrilyaya Əfqanıstanda geniş döyüş təcrübəsi olan amerikalı pilotlar daxildir. Onlardan biri bu yaxınlarda, Ukraynanın müdafiəsinə qoşulmazdan əvvəl Yaxın Şərqdəki əməliyyatlarda iştirak edib. Hollandiyanı isə müasir taktika və yüksək texnologiyalı hava müharibəsi üzrə ixtisaslaşmış, elit Avropa hava döyüş məktəblərində təlim keçmiş pilotlar təmsil edir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol