Menu

Moskvada azərbaycanlı ər-arvad intihar edib - FOTO

17.02.2026, 12:39
Moskvada azərbaycanlı ər-arvad intihar edib - FOTO

Moskvadakı elit “Yeni Moskva” yaşayış kompleksində ər-arvad çoxmərtəbəli binanın pəncərəsindən yıxılıb.

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya mediasında yayılan məlumata görə, onların hər ikisi həlak olub. “RİA-Novosti” hüquq-mühafizə orqanlarına istinadla hadisənin ilkin versiyasının intihar olduğunu yazıb.

Cütlüyün Azərbaycan əsilli olduğu və üç azyaşlı uşağının qaldığı bildirilir. Qonşuların sözlərinə görə, ailə mehriban və ünsiyyətcil olub, kişi isə bizneslə məşğul olub.

Hüquq-mühafizə orqanlarındakı mənbə hadisəni təsdiqləyib. Qeyd olunur ki, onların beş yaşlı uşağı hadisə zamanı mənzildə olub.

Uşaq müvəqqəti olaraq hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb.

Ölənlərin kimliyi hələlik açıqlanmır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol