Menu

Rusiyaya qarşı reparasiya iddiası - Sovet dönəmindəki cinayətlərə görə

17.02.2026, 13:39
Rusiyaya qarşı reparasiya iddiası - Sovet dönəmindəki cinayətlərə görə

Polşa hökuməti sovet dövründə törədilmiş cinayətlərə görə Rusiyaya qarşı reparasiya iddiası qaldırmağa hazırlaşır. 

Qeyd olunur ki, sözügedən təşəbbüs Baş nazir Donald Tuskun tapşırığı ilə həyata keçirilir.

Məlumata görə, Varşava Rusiyadan İkinci Dünya müharibəsi ilə bağlı Almaniyadan tələb etdiyi məbləğlə eyni – 1,3 trilyon avro həcmində kompensasiya tələb etməyi planlaşdırır. Araşdırmanı aparan institutun rəhbəri Bartoş Qondek bildirib ki, istintaq təkcə müharibə dövrünü deyil, Polşanın sovet təsiri altında qaldığı soyuq müharibə illərini də əhatə edəcək. Onun sözlərinə görə, bu uzunmüddətli layihədir və Rusiya arxivlərinə çıxışın məhdudluğu prosesi çətinləşdirir.

Nəşr xatırladır ki, Polşanın Almaniyaya qarşı reparasiya tələbi də hələ həllini tapmayıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol