Menu

Azərbaycandan Rusiyaya köçənlərin sayı 6 dəfə azalıb - Səbəb nədir?

17.02.2026, 14:31
Azərbaycandan Rusiyaya köçənlərin sayı 6 dəfə azalıb - Səbəb nədir?

Ötən il Azərbaycandan 460 nəfər Rusiyaya könüllü şəkildə köç edib.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.

Qeyd olunur ki, 2025-ci ildə xaricdə yaşayan etnik ruslar və onların ailə üzvləri üçün nəzərdə tutulan könüllü köçürülmə proqramı çərçivəsində ümumilikdə 26 700 nəfər Rusiyaya yerləşdirilib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə bu göstərici 31 700 nəfər təşkil edib.

Rusiya hakimiyyəti xaricdə yaşayan həmvətənlərin geri qayıdışını ölkənin miqrasiya siyasətində prioritet istiqamət kimi təqdim edir. Bununla belə, 2022-ci ildə Ukraynaya qarşı müharibə başlayandan sonra keçmiş SSRİ ölkələrindən bu proqram çərçivəsində köç edənlərin sayı kəskin azalıb. Statistikaya görə, Ukraynadan köç 18 dəfə, Tacikistandan 10 dəfə, Azərbaycan və Moldovadan 6 dəfə, Gürcüstandan 5 dəfə, Ermənistandan 4 dəfə, Qazaxıstandan isə 3 dəfə azalıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol