Menu

Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək - 100-ə yaxınını əsaslı təmir edəcək

17.02.2026, 18:40
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək - 100-ə yaxınını əsaslı təmir edəcək

Azərbaycan Suriya Ərəb Respublikasında dağıdılmış və ya zədələnmiş məktəblərin tikintisi və təmirinə dəstək göstərəcək.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Rabat şəhərində yerləşən Baş qərargahında Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Suriya Ərəb Respublikasının təhsil naziri Dr. Mohammed Abdulrahman Turko və ICESCO-nun Baş direktoru Dr. Salim bin Məhəmməd əl-Malikin iştirakı ilə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Suriya Ərəb Respublikasının Təhsil Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Suriya Ərəb Respublikasında təhsil infrastrukturunun bərpası üzrə strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb.

Sazişə əsasən, Azərbaycan Respublikası tərəfindən Suriya Ərəb Respublikasında təhsil infrastrukturunun bərpasına dəstək göstərilməsi məqsədilə 10-a yaxın yeni məktəb binasının tikintisi və 100-ə yaxın zədələnmiş məktəbin əsaslı təmiri həyata keçiriləcək.

İmzalanma mərasimi zamanı çıxış edən elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Respublikasının beynəlxalq əməkdaşlıq çərçivəsində İslam dünyasında təhsil imkanlarının genişləndirilməsinə və təhsil infrastrukturunun inkişafına töhfə verməyə xüsusi önəm verdiyini qeyd edib. Nazir bu xüsusda Azərbaycan Respublikası Hökumətinin dəstəyi ilə Suriya Ərəb Respublikasında təhsil infrastrukturunun bərpasına yönəlmiş təşəbbüsün əhəmiyyətini vurğulayıb. Nazir bildirib ki, həyata keçiriləcək bu təşəbbüs Suriya Ərəb Respublikasında uşaqlar və gənclər üçün təhlükəsiz, müasir və keyfiyyətli təhsil mühitinin yaradılmasına xidmət edəcək.

ICESCO-nun Baş direktoru Dr. Salim bin Məhəmməd əl-Malik çıxışında imzalanmış Sazişin Suriyada təhsil infrastrukturunun bərpasına mühüm töhfə verəcəyini, eyni zamanda, İslam dünyası ölkələri arasında əməkdaşlığın və həmrəyliyin daha da güclənməsinə xidmət edəcəyini vurğulayıb.

Şərhlər

Veteran 2026-02-17 21:16:43

Cənab nazir Lənkəran rayonu Gərmətük qəsəbə orta məktəbi qəzalı vəziyyətdədir .istifadəyə verildiyi 1978 çi ildə bəri əsaslı təmir olunmayıb.Dərs keçmək mümkün deyil.İstilik və sanitar sistemi tamamilə sıradan çıxıb.milətə nə deyək deyək ki gözləyin Suriyada məktəb tikmək sonra sizə tərəf baxarıq.

Elşən 2026-02-17 20:43:21

Sinifdə 35, 40 uşaq olur sonra da təhsilin keyfiyyətinindən danışır sinif yoxdur məktəb tik Azərbaycanda Bakıda sinifdə 15,20 uşaq olsun təhsil keyfiyyəti düzəlsin müəllimlərin sayını artır işsizlərin sayı azalsın xalqa qulluq edin Suriyaya Ermənlərə yox daha bəsdirin

Asif 2026-02-17 18:55:31

Usagi qoymaga mekteb tapmiriq olkemizde

Asif 2026-02-17 18:43:27

Xirdalanda 1sinifde 57 nefer sagird oturur. Mektebler zelil gundedir. Usaqlari oxutmaq ucun mekteb sinif tapmaq olmur.niye oz olkenizde bunlari elemirsiz zelil gundedir olkenin tehsil infrastrukturu. Xirdalandan deyirem hele men soze, bakininin qulaginin dibi. Ele baki. Hele rauonlar ne gundedir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol