Cenevrədə ABŞ, Rusiya və Ukrayna arasında gedən danışıqlar başa çatıb.
APA xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.
Məlumata görə, danışıqlar dörd saatdan çox davam edib.
Qeyd edək ki, bu görüşə qədər Əbu-Dabidə üçtərəfli formatda danışıqların iki raundu keçirilib. Rusiya tərəfinin açıqlamasına görə, Əbu-Dabi görüşlərində əsasən təhlükəsizlik məsələləri müzakirə olunub.
Cenevrədə isə daha geniş mövzularda danışıq aparılması planlaşdırılırdı. Xüsusilə ərazi məsələsi danışıqların əsas mövzularından biri olacaqdı.


Şərhlər