Menu

Çin bu bölgədə nüvə sınağı həyata keçirib? - ABŞ rəsmisi açıqladı

18.02.2026, 15:01
Çin bu bölgədə nüvə sınağı həyata keçirib? - ABŞ rəsmisi açıqladı

ABŞ Çinlə bağlı 2020-ci ildə Sincan bölgəsində gizli nüvə sınağı keçirilməsi iddiasına dair yeni məlumatlar açıqlayıb.

ABŞ Dövlət Departamentinin yüksəkvəzifəli rəsmisi Xristofer Yev Vaşinqtonda yerləşən Hudson Institute tərəfindən təşkil olunan tədbirdə çıxışı zamanı bildirib ki, Çin Sincan-Uyğur Muxtar Bölgəsindəki Lop Nur poliqonu yaxınlığında yeraltı nüvə sınağı həyata keçirib.

Onun sözlərinə görə, həmin tarixdə Qazaxıstandakı seysmik stansiyalardan biri bölgədə 2,76 bal gücündə yeraltı təkan qeydə alıb. Yev qeyd edib ki, əldə olunan məlumatların yenidən təhlili göstərir ki, bu sarsıntı zəlzələ və ya mədən fəaliyyəti ilə uyğunluq təşkil etmir. O, bunu “nüvə partlayıcı sınaqlarında müşahidə olunan tipik göstərici” kimi dəyərləndirib.

Bununla yanaşı, Comprehensive Nuclear-Test-Ban Treaty Organization (CTBTO) da həmin dövrdə Lop Nur ərazisində 12 saniyə fasilə ilə iki kiçik seysmik hadisə qeydə alındığını açıqlayıb. Lakin təşkilat mövcud məlumatların hadisənin səbəbini qəti şəkildə müəyyən etmək üçün yetərli olmadığını bildirib.

ABŞ administrasiyası daha əvvəl də Pekinin Lop Nur bölgəsində genişmiqyaslı qazıntı işləri apardığını və yeraltı nüvə sınaq infrastrukturu formalaşdırdığını iddia etmişdi.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol