Menu

Naxçıvan Ali Məclisi deputatlarının köməkçiləri olacaq

18.02.2026, 16:07
Naxçıvan Ali Məclisi deputatlarının köməkçiləri olacaq

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisi deputatlarının köməkçiləri olacaq.

Bununla bağlı "Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında" qanuna təklif edilən dəyişikliklər Ali Məclisin bugünkü plenar iclasında müzakirə edilib.

Qanun layihəsinə əsasən, deputatın fəaliyyətinin təmin edilməsi məqsədilə onun köməkçiləri ola bilər. Belə ki, deputatın köməkçiləri Naxçıvan MR-in büdcəsi hesabına saxlanılacaq. Onların işə qəbulu əmək qanunvericiliyi ilə tənzimlənəcək.

Deputatın köməkçisinə aid əlavə tələblər Ali Məclisi sədrinin qərarı ilə müəyyən ediləcək.

Layihə müzakirələrdən sonra birinci oxunuşda qəbul olunub.

Şərhlər

Müəllim 2026-02-18 19:40:52

Naxçəvan Azərbaycan olduğuna və Azərbaycanın Mili məclisində Naxçıvanlı deputatların olmasını da nəzərə alaraq naxçıvan Məclisi ləğv olunmalıdır Çünki lazmsız təkrarlama və artıq xərclərin ölkəyə ziyan olduunu anlamağın zamanıdır.Naxçıvn Ali Məclisinin qalmasına sərf edilən vəsaitlərin isə xalqın güzəranının yaxşılaşdırılmasına yönəltmək daha münassib olar.

İsmayıl Xələfov 2026-02-18 17:08:41

İş çoxdur. Çatdıra bilmirlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol