“Strategiya XXI” Qlobalistika Mərkəzinin təhlükəsizlik proqramları rəhbəri Pavel Lakçuk bildirib ki, Rusiyanın Ukraynada daha iki il müharibə aparacağı ilə bağlı iddialar ciddi analitik proqnoz kimi qəbul edilə bilməz.
O, telemarafon efirində çıxışı zamanı qeyd edib ki, bu cür uzunmüddətli proqnozlar “qəhvə falına baxmağa” bənzəyir. Ekspert xatırladıb ki, daha əvvəl Rusiya tərəfindən “Kiyev üç günə”, “Ukrayna üç həftəyə” kimi iddialar səsləndirilmişdi, lakin bu proqnozlar özünü doğrultmadı.
Lakçukun sözlərinə görə, peşəkar kəşfiyyatçılar və analitiklər hərbi əməliyyatların gedişi ilə bağlı yalnız bir neçə ay, maksimum bir il üçün proqnoz verə bilərlər. Onun fikrincə, 2-3 il sonranın döyüş xarakteri barədə danışmaq qeyri-ciddidir.
Ekspert əlavə edib ki, buna baxmayaraq, Vladimir Putin və Rusiya rəhbərliyinin 2026-cı ildə də hərbi əməliyyatları davam etdirmək niyyətində olduğu görünür. Onun sözlərinə görə, fevral-mart aylarında qüvvələrin yenidən qruplaşdırılması və yay mövsümündə yeni strateji hücum kampaniyasına hazırlıq ehtimalı var.
Lakçuk vurğulayıb ki, oxşar taktika 2025-ci ildə də müşahidə olunub və belə hazırlıqlar əvvəlki hərbi kampaniyanın nəticələrindən asılı olaraq formalaşır.
"AzPolitika.info"


Şərhlər