Menu

Yevlax-Bərdə avtomobil yolunun kənarında yanğın başlayıb - FOTOLAR

19.02.2026, 22:07
Yevlax-Bərdə avtomobil yolunun kənarında yanğın başlayıb - FOTOLAR

Yevlaxda ağaclıq ərazidə yanğın başlayıb.

Hadisə rayonun Malbinəsi kənd ərazisində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Havanın küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol