Menu

Qaradağda qoruq ərazisində qanunsuz qazıntı aparan qızılaxtaranlar saxlanılıb - VİDEO

20.02.2026, 09:36
Qaradağda qoruq ərazisində qanunsuz qazıntı aparan qızılaxtaranlar saxlanılıb - VİDEO

Qaradağ rayonunda qabaqcadan əlbir olan bir qrup şəxs dövlət tərəfindən xüsusi qorunan təbiət ərazilərinin mühafizə qaydalarını pozaraq qızıl axtarmaq məqsədilə milli tarix-bədii qoruqlardan birinin ərazisinə qanunsuz daxil olublar.

DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, onlar qoruqdakı mədəni sərvət hesab olunan qayaların dibində qazıntı işləri apararaq xüsusi maddi dəyəri olan əşyalar talamağa cəhd göstərib və nəticədə mədəni sərvətlərin yararsız hala salınmasına səbəb olublar.

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 42 yaşlı Kamil Ömərov, 59 yaşlı Məmmədrəsul İbrahimov, 41 yaşlı Əkbər Əkbərov, 50 yaşlı Niyaməddin Əliyev və 47 yaşlı Elşad İsgəndərov müəyyən olunaraq saxlanılıblar. Həmin şəxslər öz əməllərini mobil telefonları vasitəsilə də lentə alıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Şərhlər

Rr 2026-02-20 19:09:32

Orda qizil ne qezir, qetsinner Alyaskaya,,,,,

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol