Menu

Qarabağ ərazisini tərk etmiş 30 min erməni vətəndaşlıq alıb - Daha 19 mini müraciət edib...

20.02.2026, 11:10
Qarabağ ərazisini tərk etmiş 30 min erməni vətəndaşlıq alıb - Daha 19 mini müraciət edib...

Vaxtı ilə məskunlaşdırıldıqları Azərbaycanın Qarabağ iqtisadi rayonun ərazisini tərk edib Ermənistana köçən ermənilərdən 30 mininə bu ölkənin vətəndaşlığı verilib.

"AzPolitika" xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin rəsmi məlumatında açıqlanıb.

Daha 19 min nəfər vətəndaşlıq üçün müraciət edib.

Qeyd edək ki, Paşinyan hökuməti Qarabağı tərk etmiş ermənilərə verilmiş Ermənistan pasportlarını 070 kodu ilə verildiyi üçün dəyişdirmək qərarını verib. Hökumət bəyan edib ki, o dövrdə onlara verilən pasportlar sadəcə xaricə çıxış imkan verən “səyahət sənədləri” olub.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol