33 il itkin kimi qeydiyyatda olan şəhid Zibeydə Əhmədova Xocalıda dəfn olunub.
"Report"un Qarabağ Bürosu xəbər verir ki, Z.Əhmədova Xocalı rayonu Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin doğmaları, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Z.Əhmədova 1938-ci il aprelin 1-də Xankəndidə anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalıda itkin düşmüşdü.


Şərhlər