Bu ilin yanvar ayında Azərbaycana ümumilikdə 181 637 xarici vətəndaş səfər edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz artım deməkdir.
Rəsmi məlumatlara əsasən, ən çox artım Türkiyədən gələn turistlər arasında qeydə alınıb. Belə ki, Türkiyədən gələnlərin sayı illik müqayisədə 16 faiz artaraq 36 536 nəfərə çatıb. Rusiyadan gələn ziyarətçilərin sayı 2 faiz artımla 42 342 nəfər olub. İrandan gələn turistlərin sayı isə 2 faiz artaraq 15 399 nəfər təşkil edib.
Yanvar ayında Azərbaycana ən çox turist göndərən ölkə Rusiya olub. Sonrakı yerlərdə Türkiyə və İran qərarlaşıb. İlk onluqda həmçinin Hindistan (9 070 nəfər), Səudiyyə Ərəbistanı (8 976 nəfər), Gürcüstan (8 734 nəfər), Pakistan (6 758 nəfər), Qazaxıstan (5 676 nəfər), Özbəkistan (5 130 nəfər) və İsrail (4 972 nəfər) yer alıb.
Ümumilikdə, statistik göstəricilər Azərbaycana turist marağının artmaqda davam etdiyini göstərir.
"AzPolitika.info"


Şərhlər