Menu

Bu sənədlər ictimaiyyətə açıqlanacaq - Trampdan maraqlı qərar

20.02.2026, 13:41
Bu sənədlər ictimaiyyətə açıqlanacaq - Trampdan maraqlı qərar

ABŞ lideri Donald Tramp dünya ictimaiyyətində geniş rezonans doğuran növbəti açıqlaması ilə diqqət mərkəzinə düşüb.

Belə ki, Tramp  sosial media hesabında paylaşdığı bəyanatda dünya xarici həyat, tanınmayan hava hadisələri (UAP) və UFO-larla bağlı rəsmi sənədlərin ictimaiyyətə açıqlanması prosesinə başlanılması üçün göstəriş verəcəyini bildirib.

Onun sözlərinə görə, bu qərar cəmiyyətdə sözügedən mövzulara artan maraq nəzərə alınaraq qəbul edilib. Tramp qeyd edib ki, ABŞ Müdafiə Nazirliyi və digər aidiyyəti qurumlara dünya xarici həyat, UAP və UFO-larla əlaqəli rəsmi sənədlərin müəyyənləşdirilməsi və ictimaiyyətə təqdim olunması istiqamətində prosesin başladılması tapşırılacaq.

ABŞ Prezidenti bu məsələlərin “son dərəcə mürəkkəb, lakin maraqlı və vacib” olduğunu vurğulayıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol