Ceffri Epşteynin hüquqi varisi və onun iki keçmiş əməkdaşı zorakılıq iddiaları ilə çıxış edən qadınlara təzminat ödənilməsi barədə razılığa gəliblər.
“Bloomberg” agentliyinin yaydığı məlumata görə, tərəflər hələ yekunlaşmamış məhkəmə iddialarının bağlanması üçün 35 milyon dollara qədər vəsait ayrılmasına razı olublar. Hüquqşünasların hesablamalarına əsasən, bu saziş azı 40 qadının daxil olduğu zərərçəkənlər qrupunun bütün iddialarını əhatə edə bilər. Ödənişlər Epşteynin əmlakı hesabına həyata keçiriləcək.
Bildirilir ki, əgər zərərçəkənlərin sayı 40-dan çox olarsa, ümumi kompensasiya məbləği 35 milyon dollar təşkil edəcək. Qadınların sayı daha az olarsa, bu rəqəm 25 milyon dollar olacaq.
Qeyd edək ki, bundan əvvəl Epşteyn Qurbanlarının Kompensasiyası Proqramı çərçivəsində 136 nəfərə ümumilikdə 121 milyon dollar ödənilib. Daha sonra isə 59 zərərçəkənə əlavə olaraq 48 milyon dollar təzminat verilib.
"AzPolitika.info"


Şərhlər