Menu

Aİ Rusiyaya qarşı 20-ci sanksiyalar paketini razılaşdıra bilməyib

20.02.2026, 15:36
Aİ Rusiyaya qarşı 20-ci sanksiyalar paketini razılaşdıra bilməyib

Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri bu gün Brüsseldə Rusiyaya qarşı növbəti - 20-ci sanksiyalar paketini razılaşdıra bilməyib.

APA xəbər verir ki, bu barədə “Reuters“ avropalı diplomatlara istinadən məlumat yayıb.

Bildirilir ki, sanksiyalarla bağlı Macarıstan və Slovakiyadan başqa Malta, Kipr, Yunanıstan və İspaniyanın da narazılığı var.

Xatırladaq ki, 20-ci sanksiyalar paketi razılaşdırılandan sonra fevralın 23-də Aİ xarici işlər nazirləri tərəfindən qəbul olunmalı idi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol